14:18 22-10-2010
news_image
605
FUTBOL

“Yığmanın heyətini Hiddink yox, Oğuz Çətin yığır”

Belçikanın “Standard” klubunun türkiyəli qapıçısı Sinan Bolat yığmaya dəvət edilməməyindən gileylidir. Apasport.az saytının məlumatına görə, Qus Hiddink “ay-ulduzlular”ın baş məşqçi postuna gələnə qədər ikinci qapıçı olan Sinan indi kənarda qalmasından narazılığını açıq şəkildə bildirib.

O, yığmasının Almaniya və Azərbaycan millərini çağırılacağına gözlədiyi halda, ümidləri boşa çıxıb. Maraqlıdır ki, Bolat onu heç çağırmayan Hiddinki yox, onun köməkçisi Oğuz Çətini günahlandırıb: “Əminəm ki, yığmaya daha düşmədiyimə görə Hiddinkin günahı yoxdur. Kimlərin yığmaya çağırıldığına fikir versək, belə təəssürat yaranır ki, heyəti hollandiyalı yox, köməkçisi Oğuz Çətin yığır. Çətinin bəzi nüfuzlu agentlərlə yaxşı əlaqələri var. Ən təəccüblüsü odur ki, Hiddinki yığmaya rəhbərlik edəndən məşqçilər korpusundan heç kim oyunuma baxmağa gəlib”.