12:21 23-10-2010
news_image
3995
DİGƏR NÖVLƏR

Sevgilisi hamını heyrətləndirdi, Ronaldo qəzəbləndi - FOTO

Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldonun sevgilisi İrina Şayk növbəti dəfə paparatsilərin hədəfinə düşüb. Apasport.az saytının məlumatına görə, öz işinin peşəkarları məşhur modeli avtomobildən düşərkən yaxalayıblar.

İspaniyanın “Real” klubunda çıxış edən Ronaldo ilə birlikdə Madridin mağazalarından birinə yollanan cütlüyü izləyən paparatsilər İrinanın şəklini elə vəziyyətdə çəkiblər ki, bu, Kriştianunu da qəzəbləndirib.