09:53 25-10-2010
news_image
1322
STOLÜSTÜ OYUNLAR

Debüt uğurlu alınmadı

Bolqarıstanın Plovdiv şəhərində şahmat üzrə keçirilən klublararası Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarış Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli, Aleksandr Qrişuk (Rusiya), Aleksey Şirov (İspaniya), Maksim Vaşyer-Laqrav (Fransa) və Rüstam Qasımcanovun (Özbəkistan) heyətində yer aldığı “SOCAR” üçün uğursuz alınıb.

Orta reytinqinə görə 32 ölkədən 49 klubun iştirak etdiyi çempionatda I olan komandamız turniri adına layiq yerdə bitirməyib. Belə ki, son turda “SOCAR” Rusiyanın “ShSM-64 Moscow” klubu ilə heç-heçə (3:3) etdiyindən mükafatçılar sırasında yer ala bilməyib və 11 xalla əmsallara görə 4-cü olub.

Qeyd edək ki, ilk “3-lük”də “Ekonomist-SGSEU-1”, “Yuqra” (hər ikisi Rusiya) və “A DAN DZO & PGMB – Çerniqov” (Ukrayna) qərarlaşıblar.