10:09 25-10-2010
news_image

Qəhrəmanov xilaskar rolunda

Mərakeşin Aqadir şəhərində cüdo üzrə keçirilən gənclər arasında dünya çempionatının qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışa 11 idmançı ilə qatılan yığmamızın qazancı cəmi 1 bürünc medal olub. Komandamızı biabırçılıqdan 90 kq çəki dərəcəsində mübarizə aparan Şahin Qəhramanov xilas edib.

Belə ki, ilk olaraq Almaniya və Qazaxıstan təmsilçilərini məğlub edərək 1/4 finala vəsiqə qazan təmsilçimiz bu mərhələdə Koreya cüdoçusuna uduzub. Buna baxmayaraq, Şahin təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edib. İdmançımız ilk təsəlliverici görüşdə Əlixanı Dzarmotov (Rusiya), daha sonra isə Stanislav Retynskiyə (Ukrayna) qalib gələrək fəxri kürsünün 7-ci pilləsinə qalxıb.

Qeyd edək ki, digər cüdoçumuz Azər Ağayev (81 kq ) çemponatı 7-ci pillədə başa vurub.