10:59 25-10-2010
news_image
944
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov II dövrəyə 2 xalla başlayacaq

Çinin Nankin şəhərində şahmat üzrə “Böyük dəbilqə” turnirinin I mərhələsinin ilk dövrəsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın idman şərəfini qoruyan Vüqar Həşimov 5 turu qələbəsiz başa vurub. Həmyerlimiz son turda qara fiqurlarla Vişvanatan Anandla da sülh bağlayıb.

V tur

Maqnus Karlsen (Norveç, 2826) – Veselin Topalovla (Bolqarıstan, 2803) – 1:0
Van Yue (Çin, 2732) - Etyen Bakro (Fransa, 2716) – 0:1
Vişvanatan Anand (Hindistan, 2800) - Vüqar Həşimov (Azərbaycan, 2719) – 0,5:0,5

5 turdan sonra aktivində 4 xalı olan Karlsen liderliyini davam etdirir. İkinci pilləni ondan 0,5 xal az toplayan Bakro tutur. İlk üçlüyü 2,5 xalla Anand qapayır. 4 rəqibi ilə heç-heçəyə razılaşan Həşimov 2 xalla elə 4-cüdür. Yue və Topalov isə 1,5 xalla sahibdirlər və son pillələri bölüşürlər.

Yarışda bu gün istirahət günüdür. VI turda isə zəka sahibimiz ağ afiqurlarla Topalovu sınağa çəkəcək.