17:46 25-10-2010
news_image
1050
DİGƏR NÖVLƏR

11 snayperimiz beynəlxalq turnirə yollanır

Noyabrın 16-da Gürcüstanda güllə atıcılığı üzrə beynəlxalq turnir start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan yığması da təmsil olunacaq. Snayperlərimiz səfərə baş məşqçi İradə Aşumovanın rəhbərliyi altında yollanacaqlar. Gürcüstanda hədəf önünə böyüklərdən və gənclərdən ibarət milli komandamızın 11 üzvü keçəcək. Yarışın mükafatçılarının adı noyabrın 19-da müəyyənləşəcək.

Qeyd edək ki, analoji yarışda ötən il atıcılarımız 3 medala sahib olmuşdular. Kişilər arasında Ruslan Lunyov qızıl, qadınlar arasında isə Nigar Bağırova gümüş və İradə Aşumova bürünc medal qazanmışdılar.