15:40 26-10-2010
news_image
1354
STOLÜSTÜ OYUNLAR

5-ci heç-heçə

Çinin Nankin şəhərində şahmat üzrə “Böyük dəbilqə” turnirinin II dövrəsinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın VI turunda Azərbaycanın şərəfini qoruyan Vüqar Həşimov ağ fiqurlarla Veselin Topalovu sınağa çəkib.

İlk dövrədə bolqarıstanlı zəka sahibi ilə heç-heçə edən həmyerlimiz bu dəfə də 0,5 xalla kifayətlənib.

Qeyd edək ki, Həşimov 6 turdan 5-də sülh bağlayıb və 1-də məğlub olub.


VI tur

Etyen Bakro (Fransa, 2716) – Maqnus Karlsen (Norveç, 2826) - 0,5:0,5
Van Yue (Çin, 2732) - Vişvanatan Anand (Hindistan, 2800) - 0:1
Vüqar Həşimov (Azərbaycan, 2719) – Veselin Topalov (Bolqarıstan, 2803) - 0,5:0,5

6 turdan sonra turnir cədvəlində dəyişiklik baş verməyib. Aktivinə 0,5 xal əlavə edən Karlsen (4,5) və Bakro (4 xal) ilk 2 pillədəki yerlərini qoruyublar. Üçlüyü qara fiqurlarla qələbə qazanan Anand qapayır (3,5). 5 rəqibi ilə heç-heçəyə razılaşan Həşimov 2,5 xalla 4-cüdür. Son 2 pillədə isə 2 xalla Topalov, 1,5 xalla Yue qərarlaşıblar.