11:34 26-10-2010
news_image
1314
DİGƏR NÖVLƏR

Yay Olimpiya Oyunlarının vaxtı dəyişdirilir

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Yay Olimpiya Oyunlarının vaxtının dəyişdirilməsini müzakirəyə çıxarmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, BOK 4 ildən bir keçirilən məsul turnirin oktyabrda keçirməyi planlaşdırır.

Yay Olimpiya Oyunları təqvimə görə iyulun 15-dən avqustun 31-dək keçirilir. Ancaq 2000-ci ildə keçirilən Sidney Olimpiadası sentyabrın 15-də start götürmüşdü. BOK-un dəyişikliyi Olimpiadaya çox isti iqlimə malik Doha, yaxud Dubay kimi şəhərlər ev sahibliyi hüququna malik olanda reallaşacaq.

Qeyd edək ki, növbəti Yay Olimpiya Oyunları 2012-ci Londonda keçiriləcək.