16:55 27-10-2010
news_image
1757
STOLÜSTÜ OYUNLAR

Həşimov qələbəyə həsrət qalıb - YENİLƏNİB

Bu gün Çinin Nankin şəhərində şahmat üzrə “Böyük dəbilqə” turnirinin VII turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda qələbəyə həsrət qalan Vüqar Həşimov bu dəfə də tilsimi qıra bilməyib. 6 şahmatçı arasında sonuncu olan Van Yue ilə ilə oynayan qrossmeysterimiz asiyalı rəqibi ilə lövhədən də 0,5 xalla ayrılıb.


VII tur

Maqnus Karlsen (Norveç, 2826) - Vişvanatan Anand (Hindistan, 2800) - 0,5:0,5
Veselin Topalov (Bolqarıstan, 2803) - Etyen Bakro (Fransa, 2716) - 1:0
Vüqar Həşimov (Azərbaycan, 2719) – Van Yue (Çin, 2732) - 0,5:0,5

7 turdan sonra turnir cədvəlinə 5 xalla Karlsen başçılıq edir. İkinci və üçüncü yerləri aktivində 4 xalları olan Bakro və Anand bölüşürlər. Son görüşdə qələbə qazanan Topalov Həşimovla (3) xallarını eyniləşdirdiyindən növbəti 2 yeri tuturlar. Son pillədə isə 2 xalla Yue qərarlaşıb.