13:18 28-10-2010
news_image
1563
STOLÜSTÜ OYUNLAR

14 gedişlik partiya - YENİLƏNİB

Çinin Nankin şəhərində şahmat üzrə “Böyük dəbilqə” turnirinin I mərhələsinin VIII turunun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda hələ də qələbə qazana bilməyən Vüqar Həşimov bu dəfə revanş arzusu ilə lövhə arxasına keçsə də, bunu reallaşdıra bilməyib. Çində yeganə məğlubiyyətini aldığı Etyen Bakro ilə qarşılaşan qrossmeysterimiz görüşü 14-cü gedişdə yekunlaşdırıb. O, fransalı zəka sahibi ilə “sülh” bağlayıb və turnirdə 7-ci heç-heçəsini rəsmiləşdirib.

VIII tur

Van Yue (Çin, 2732) - Maqnus Karlsen (Norveç, 2826) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan, 2800) - Veselin Topalov (Bolqarıstan, 2803) - 0,5:0,5
Etyen Bakro (Fransa, 2716) - Vüqar Həşimov (Azərbaycan, 2719) - 0,5:0,5

Digər görüşlər də heç-heçə başa çatdığından turnir cədvəlində dəyişiklik olmayıb. 8 turdan sonra turnir cədvəlinə 5,5 xalla Karlsen başçılıq edir. İkinci və üçüncü yerləri aktivində 4,5 xalları olan Bakro və Anand bölüşürlər. İlk “3-lük”dən 1 xal geri qalan Topalovla Həşimov növbəti 2 yeri tuturlar. Son pillədə isə 2,5 xalla Yue qərarlaşıb.