20:28 28-10-2010
news_image
1157
DÖYÜŞ NÖVLƏRİ

Milli komandamız Rusiyanı qabaqladı

Azərbaycanın açıq çempionatına yekun vuruldu

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən taekvondo üzrə Azərbaycanın açıq çempionatına yekun vurulub. Lent.az-ın məlumatına görə, qızların yarışında ölkəmiz birinci yeri tutub.

Rusiya ikinci, İran üçüncü, Ukrayna isə dördüncü olub. Oğlanların mübarizəsində isə İran hamıdan güclü olub. Dağıstan ikinci, Rusiya üçüncü, Azərbaycan isə dördüncü yerə layiq görülüb. Ümumi komanda hesabında da İran hamını qabaqlayıb. Azərbaycan ikinci, Dağıstan üçüncü, Rusiya isə dördüncü yerlə kifayətlənib.

Qeyd edək ki, Azərbaycanın açıq çempionatı klublar arasında keçirilib.