14:16 29-10-2010
news_image
1487
STOLÜSTÜ OYUNLAR

“Hind Pələngi” ilə heç-heçə - YENİLƏNİB

Bu gün Çinin Nankin şəhərində şahmat üzrə “Böyük dəbilqə” turnirinin I mərhələsinin IX turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda qələbəyə həsrət qalan Vüqar Həşimovun bu dəfə də tilsimi qıra bilməyib. Qrossmeysterimiz sona 1 tur qalmış “Hind Pələngi” - Vişvanatan Anandla görüşdə 42-ci gedişdə “sülh” bağlayıb. İlk dövrədə qara fiqurlarla rəqibi ilə heç-heçə edən həmyerlimiz cavab görüşündə də eyni nəticəni təkrarlayaraq, turnirdə 8-ci 0,5 xalını qazanıb.

IX tur

Veselin Topalov (Bolqarıstan, 2803) - Maqnus Karlsen (Norveç, 2826) - 0:1
Vüqar Həşimov (Azərbaycan, 2719) - Vişvanatan Anand (Hindistan, 2800) - 0,5:0,5
Etyen Bakro (Fransa, 2716) – Van Yue (Çin, 2732) - 0,5:0,5

9 turdan sonra turnirin qalibinin adı müəyyənləşib. Sona 1 tur qalmış rəqibi üzərində qələbə qazanan Karlsen xalını 6,5-ə çatdıraraq, ən yaxın izləyiciləri Bakro və Anandı 1,5 xal qabaqlayıb. Topalovun məğlubiyyəti Həşimovun da xeyrinə işləyib: qrossmeysterimiz 4 xalla 4-cü yeri şəriksiz ələ keçirib. Növbəti 2 yeri isə Topalov (3,5 xal) və Yue (3 xal) tuturlar.