13:27 29-10-2010
news_image
3667
DİGƏR NÖVLƏR

Milyonçu gözəl milyonların ağlını başından aldı - FOTOSESSİYA

ABŞ milli komandasının futbolçusu Tom Bredlinin həyat yoldaşı yenidən gündəmi zəbt edib. Apasport.az saytının məlumatına görə, planetin ən varlı modeli kimi “Ginnesin rekordlar kitabı”na düşən Jizel Byundhen ana olduqdan sonra da ilk dəfə erotik şəkillər çəkdirib.

30 yaşlı braziliyalı xanım bu dəfə də Tomla birlikdə jurnalların bəzəyinə çevrilib. Bununla, milyonçu model milyonlarla pərəstişkarının ağlını növbəti dəfə başından alıb. Oğlu Bencamini vannada çimərkən, suyun içində dünyaya gətirməklə məşhurluğunu bir az da artıran xanım kameralar qarşısında da Tomu “pəncəsi”nə almaqdan çəkinməyib.

Qeyd edək ki, Jizelin mülkiyyətinin ümumi dəyəri 150 milyon dollardır.