12:28 30-10-2010
news_image
1273
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov “Böyük Dəbilqə” turnirində 5-ci yeri tutdu

Çinin Nankin şəhərində şahmat üzrə “Böyük dəbilqə” turnirinin I mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın 9 turunda qələbəyə həsrət qalan Vüqar Həşimovun son görüşündə də bu arzusunu reallaşdıra bilməyib. Norveçli Maqnus Karlsenlə üz-üzə gələn qrossmeysterimiz 71-ci gedişdə lövhədən yarım xalla ayrılıb. Bu onun turnirdə 9-cu heç-heçəsi olub.

X tur

Maqnus Karlsen (Norveç, 2826) - Vüqar Həşimov (Azərbaycan, 2719) - 0,5: 0,5
Vişvanatan Anand (Hindistan, 2800) - Etyen Bakro (Fransa, 2716) - 1:0
Van Yue (Çin, 2732) - Veselin Topalov (Bolqarıstan, 2803) - 0:1

Yarışın qalibi adını 7 xal toplayan Karlsen qazanıb. İkinci yerə 6 xal qazanan Anand sahib olub. İlk “3-lüyü” 5 xalla Bakro tamamlayıb. Aktivində 4,5 xalı olan Həşimov və Topalov 4-5-ci yerləri bölüşüblər. Son pilləni tutan Yue isə 10 turda cəmi 3 xal toplayıb.