18:13 30-10-2010
news_image
2242
STOLÜSTÜ OYUNLAR

2 şahmatçımız dünya çempionu oldu

Yunanıstanın Xalkidi şəhərində 8-18 yaşlı şahmatçı oğlan və qızlar arasında keçirilən dünya çempionatı başa çatıb. Apasport.az saytının xəbərinə görə, yarışa qatılan şahmatçılarımızdan ikisi bütün rəqiblərini qabaqlayaraq, planetin ən güclüsü adına sahib çıxıblar.

Belə ki, 8 yaşlılar arasında Abdulla Qədimbəyli 11 oyundan 9,5 xal toplayaraq, dünya çempionu olub. 14 yaşlılarda mübarizə aparan İzzət Kənan isə 9 xalla birinci yeri tutub.