21:43 31-10-2010
news_image

Fransa yığmalarımızı medalsız qoydu

Bakıda taekvondo üzrə keçirilən komandalararası Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan yığmaları 1/4 finalda mübarizəni dayandırıblar.

Belə ki, qrup mərhələsinin ilk görüşündə Gürcüstana 4:0 hesabı ilə qalib gələn kişilərdən ibarət milli komandamız II qarşılaşmada Danimarkanı məğlub etsə də (3:1), yarımfinala yüksələ bilməyib. 1/4 finalda Ələkbər İmaməliyevin yetirmələrinin qarşısını fransalı həmkarları kəsiblər.

Qadınlar da eyni aqibətlə üzləşiblər. İsveçrəyə 3:2, Belarusa 3:1 hesabı ilə qalib gələn yığmamızın daha bir mərhələ adlamaq arzusunu bu dəfə də fransalılar puç ediblər.
2 gün davam edən çempionatda kişilər arasında Rusiya, Fransa, İspaniya və Almaniya, qadınlar arasında isə İspaniya, Türkiyə, Ukrayna və Fransa ilk “3-lük”də qərarlaşıblar.