12:00 01-11-2010
news_image
1088
DİGƏR NÖVLƏR

Qran-Pri turnirindən bürünc medal

Almaniyanın paytaxtı Berlində keçirilən bədii gimnastika üzrə Qran-Pri turnirinin VIII mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın idman şərəfini Aliyə Qarayeva və Anna Qurbanova qoruyublar.

Qarayeva turniri bürünc medalla başa vurub. O, topla hərəkətlərin icrasında 27,900 xal toplayaraq Yevgeniya Kanayeva (Rusiya, 29,650) və Darya Dmitriyevadan (Rusiya, 29,350) sonra 3-cü pillədə qərarlaşıb.

Yarışın qızıl medalları Rusiya gimnastlarına qismət olub. Onlar Qran-Prini 5 qızıl, 4 gümüş və 1 bürünc medalla başa vurublar.