16:07 01-11-2010
news_image
1352
STOLÜSTÜ OYUNLAR

Şəhriyar yerində sayır, Teymurla Vüqar irəliləyir

Beynəlxalq Şahmat Federasiyası (FİDE) noyabr ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahıda şahmatçılarımızdan yenə də ilk “10-luq”da yalnız Şəhriyar Məmmədyarov yer alıb.

Klublararası Avropa çempionatında iştirakla reytinq xalını 2763-ə çatdıran qrossmeysterimiz 8-ci pillədəki yerini qoruyub. Onunla müqayisədə Teymur Rəcəbovun mövqeyində dəyişiklik olub. Azərbaycanın “sülhsevər oğlu” 4 reytinq xalı itirsə də, digər rəqiblərinin geriləməsi səbəbindən nəhs pilləni tərk edib. O, 2744 xalla 12-ci yerə yüksəlib.

Zəka sahiblərimizdən ən çox irəliləyən Vüqar Həşimov olub. Çində “Böyük dəbilqə”də cəmi 1 məğlubiyyət acısı yaşayan həmyerlimiz 26-cı pillədən 17-ci yerə qalxıb. Onun aktivində 2733 xalı var. İlk “100-lük”də yığmamızın üzvü Rauf Məmmədov da yer alıb. Bolqarıstanın Plovdiv şəhərində klublararası çempionatda zəif çıxış edən Məmmədov 3 pillə geriləyərək, 83-cü yerə enib (2660).

Qeyd edək ki, uzun fasilədən sonra reytinq cədvəlinin ilk pilləsində də dəyişiklik olub. Hindistanlı Vişvanatan Anand norveçli Maqnus Karlseni 2 xal qabaqlayaraq 2804 xalla liderliyə yüksəlib. İlk “3-lüy”ü isə erməni Levon Aronyan (2801) qapayır.