12:34 02-11-2010
news_image
1338
DİGƏR NÖVLƏR

Milli komandamızın 2 üzvü İtaliya çempionatında - FOTO

Almaniyanın paytaxtı Berlində Qran-pri turnirini başa vuran gimnastlarımız İtaliyaya yola düşüblər. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, Aliyə Qarayeva və Anna Qurbanova Apennin yarımadasına bu ölkənin klub çempionatında iştirak etmək üçün gediblər. Aresto şəhərciyində təşkil ediləcək yarışın II turunda Qurbanova A1 seriyasında "Komense", Qarayeva isə A2 seriyasında "Ritmika" komandasının şərəfini qoruyacaq.

Qeyd edək ki, çempionat noyabrın 6-da keçiriləcək.