15:40 02-11-2010
news_image

Azərbaycan idmançısı Ukrayna çempionu oldu - FOTO

Ukraynanın Krivoy Roq şəhərində keçirilən pauerliftinq növü üzrə ölkə birinciliyinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda beynəlxalq dərəcəli idman ustası olan həmyerlimiz Ruslan Mehrəliyev də qüvvəsini sınayıb. Yarış azərbaycanlı idmançı üçün uğurlu olub. O, bütün rəqiblərini qabaqlayaraq Ukrayna çempionu adını qazanıb.

Qeyd edək ki, Ukraynanın Çerniqov şəhərində yaşayan Ruslan bu mötəbər turnirdən əvvəl də şəhər və ölkə yarışlarında dəfələrlə fəxri kürsüyə yüksələrək diplom və fəxri fərmanlara layiq görülüb. Mehrəliyev hazırda məşqlərini daha ciddi şəkildə davam etdirir və ilin sonunda Moskva şəhərində keçiriləcək dünya çempionatında iştirak etmək arzusundadır.