Məmmədyarov Rusiyaya qalib kimi gəlir
Fransanın Korsika adasında keçirilən XIV “Korsikan Kirkuit” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil ediblər. 16 zəka sahibinin mübarizəsində finala qrossmeysterlərimiz yüksəliblər. Həlledici görüşdə ilk qələbəni Məmmədyarov qazanıb. Lakin növbəti qarşılaşmada Rəcəbov yenidən hesabı bərabərləşdirdiyindən əlavə matça ehtiyac duyulub. Bu dəfə Məmmədyarov rəqibindən reytinqdən üstün olmasını sübuta yetirib və turnirin qalibi adını qazanıb.
Qeyd edək ki, Şəhriyar Fransadan birbaşa Rusiyaya yola düşüb. O, burada Mixael Talın xatirəsinə həsr edilmiş beynəlxalq turnirdə qüvvəsini sınayacaq.