11:16 04-11-2010
news_image
1241
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov 9 qrossmeysterə qarşı

Bu gün Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnirə start veriləcək. Apasport.az saytının məlumatına görə, 10 qrossmeyster – Levon Aronyan (Ermənistan, 2801), Vladimir Kramnik (Rusiya, 2791), Aleksandr Qrişuk (Rusiya, 2771), Şəhriyar Məmmədyarov (Azərbaycan, 2763), Sergey Karyakin (Rusiya, 2760), Pavel Elyanov (Ukrayna, 2742), Boris Gelfand (İsrail, 2741), Hikaru Nakamura (ABŞ, 2741), Aleksey Şirov (İspaniya, 2735) və Van Xaonun (Çin, 2727) iştirakı ilə keçiriləcək yarışın təqvimi müəyyənləşib.

Noyabrın 5-də I tur oynanılacaq və 4 görüşdən sonra şahmatçılar istirahət edəcək. Noyabrın 14-də isə turnirə yekun vurulacaq. Bu gün bir araya gələcək şahmatçıların püşkatma ilə rəqibləri müəyyənləşəcək.