21:35 05-11-2010
news_image
1504
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov heç-heçə ilə başladı

Bu gün Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnirə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan Şəhriyar Məmmədyarov ilk turu heç-heçə ilə başa vurub. Ağ fiqurlarla Hikaru Nakamuraya (ABŞ, 2741) qarşı oynayan həmyerlimiz 43-cü gedişdə lövhədən 0,5 xalla ayrılıb.

I tur

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2763) - Hikaru Nakamura (ABŞ, 2741) - 0,5:0,5
Sergey Karyakin (Rusiya, 2760) - Boris Gelfand (İsrail, 2741)
Aleksey Şirov (İspaniya, 2735) - Van Xao (Çin, 2727)
Levon Aronyan (Ermənistan, 2801) - Vladimir Kramnik (Rusiya, 2791) - 1:0
Aleksandr Qrişuk (Rusiya, 2771) - Pavel Elyanov (Ukrayna, 2742)

Qeyd edək ki, 9 turdan ibarət olacaq turnirə noyabrın 14-də yekun vurulacaq.