12:55 05-11-2010
news_image
1056
DİGƏR NÖVLƏR

Qılıncoynadanlarımız dünya çempionatında

Bu gün Fransanın paytaxtı Parisdə qılıncoynatma üzrə dünya çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı Səbinə Mikina və Sevil Buniyatova təmsil edirlər.

İdmançılarımız yarışa ilkin təsnifat mərhələsindən qoşulacaqlar. Onlar bu mərhələdən uğurla keçsələr, sabah baş tutacaq 1/64 final mərhələsində iştirak hüququ qazanacaqlar.

Mundiala noyabrın 7-də yekun vurulacaq.