16:11 05-11-2010
news_image
1572
DİGƏR NÖVLƏR

Rafael Santoha: Azərbaycana hörmətlə yanaşırıq

“Biz Azərbaycan bodibildinq məktəbinə hörmətlə yanaşırıq”. Apasport.az saytının məlumatına görə, bunu sabah Bakıda start götürəcək dünya çempionatına hazırlıqla bağlı keçirilən mətbuat konfransında Beynəlxalq Bodibildinq və Fitness Federasiyasının prezidenti Rafael Santoha deyib.

O bildirib ki, Azərbaycan idmançılarının yarışda medal qazanmaq şansları yüksəkdir: “İnanıram ki, ölkənizin idmançıları yüksək yerlər uğrunda mübarizə aparacaqlar. Onlar kifayət qədər güclüdürlər. Yəqin ki, bodibildinqçiləriniz medal əldə edəcəklər”.

Qeyd edək ki, 9 çəki üzrə keçiriləcək dünya çempionatında Azərbaycan 10 idmançı ilə qüvvəsini sınayacaq.