16:18 05-11-2010
news_image
1352
DİGƏR NÖVLƏR

Dünya çempionatını keçirəcək ölkələrin adları Azərbaycanda açıqlanacaq

Beynəlxalq Bodibildinq və Fitness Federasiyasının Bakıda keçiriləcək konqresində növbəti dünya çempionatına ev sahibliyi ediləcək ölkələrin adları rəsmiləşəcək. Apasport.az saytının məlumatına görə, bu barədə qurumun prezidenti Rafael Santoha məlumat verib.

Beynəlxalq Bodibildinq və Fitness Federasiyasının prezidenti bildirib ki, artıq böyük ölçüdə bu ölkələrin adları dəqiqləşib: “Növbəti mundiala ev sahibliyi etmək üçün 3 namizəd olsa da, yəqin ki, yarış Hindistanda keçiriləcək. Qadınlar arasında isə dünya çempionatı Serbiyaya etibar ediləcək. Bundan əlavə, 2012-ci ildə analoji yarışı Ekvadora, 1 il sonra isə İordaniyaya şans veriləcək”.

Konqresdə rəhbər vəzifələrinə seçkidə ilk dəfə Azərbaycan təmsilçisinin də adı olacaq. Santohanın sözlərinə görə, beynəlxalq federasiyanın komitələrindən və ya şöbələrindən birində həmyerlimiz də yer alacaq.