16:58 05-11-2010
news_image
1843
DİGƏR NÖVLƏR

Dünyanın ən güclüləri Bakıya toplaşır

Sabah Bakıda boldibildinq üzrə dünya çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışda 63 ölkənin idmançısı 9 çəki dərəcəsində (60 kq, 65 kq, 70 kq, 75 kq, 80 kq, 85 kq, 90 kq, 100 kq, +100 kq) öz bədənlərini nümayiş etdirəcək.

Mundialın ilk günündə hər çəkidə ən yaxşı 15 bodibildinqçi yarımfinal mərhələsinə yüksələcək. Bundan sonra isə bu 15 nəfərdən də 6-sı final mərhələsində iştirak hüququ qazanacaq.

Dünya çempionatının təntənəli açılış mərasimi yarışın son günündə baş tutacaq. Saat 15:00-da olacaq rəsmi açılışdan sonra isə final mərhələsinə start veriləcək.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 10 idmançı ilə qüvvəsini sınayacaq.