13:45 07-11-2010
news_image
1261
STOLÜSTÜ OYUNLAR

Şahmatçımız beynəlxalq turnirinin qalibi oldu

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Mixail Çiqorinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan yığmasının üzvü Eltac Səfərli (2607) uğurlu çıxışı ilə yadda qalıb.

9 görüşdən 7,5 xal toplayan zəka sahibimiz turnirin qalibi adını qazanıb. İkinci və üçüncü yerləri 7 xalla müvafiq olaraq, İvan Sokolov (Bosniya və Herseqovina, 2641) və Aleksandr Areşçenko (Ukrayna, 2664) tutublar.