23:59 07-11-2010
news_image
1509
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov Şirovu təslim etdi

Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə III turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, 10 qrossmeysterin mübarizə apardığı yarışda Şəhriyar Məmmədyarov Aleksey Şirovla (İspaniya, 2735) qarşılaşacaq.

2 heç-heçə edən Məmmədyarov xal üzünə həsrət qalan ispaniyalı həmkarına qarşı qara fiqurlarla oynayacaq. SOCAR-da komanda yoldaşı olan zəka sahiblərinin duelində həmyerlimiz rəqibinin son görüşlərdə yorğunluğundan istifadə edərək, ilk qələbəsini qazana bilər.

III tur

Sergey Karyakin (Rusiya, 2760) – Hikaru Nakamura (ABŞ, 2741) - 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya, 2771) – Van Xao (Çin, 2727) - 0,5:0,5
Levon Aronyan (Ermənistan, 2801) - Boris Gelfand (İsrail, 2741) - 1:0
Aleksey Şirov (İspaniya, 2735) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2763)- 0:1
Pavel Elyanov (Ukrayna, 2742) - Vladimir Kramnik (Rusiya, 2791) - 0:1

Qeyd edək ki, 2 turdan sonra aktivində 1,5 xalı olan Aronyan, Karyakin, Qrişuk, Nakamura və Van Xao 1-5-ci yerləri bölüşürlər. Növbəti 2 yerdə onlardan 0,5 xal az toplayan Məmmədyarov və Gelfand qərarlaşıblar. 8-ci pilləni cəmi bir heç-heçə edən Kramnik tutur. Son 2 yerin sahibləri Elyanov və Şirov isə xala həsrətdirlər.