10:23 08-11-2010
news_image
1147
DİGƏR NÖVLƏR

Dünya çempionatından 3 medal

Bakıda bodibildinq üzrə keçirilən kişilər arasında 64-cü dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 10 idmançı ilə qatılan Azərbaycan yığması 3 medala sahib olub.

Belə ki, mundialın final mərhələsinə 5 bodibildinqçimiz yüksəlsə də, onlardan Həmid Reza Kəşani (90 kq) gümüş, Vüqar Verdiyev (85 kq) və Əhməd Əlverdi (100 kq) bürünc medal qazanıblar.

Həlledici mərhələyə vəsiqə qazanan digər idmançılarımız - Leonid İstomin (+100 kq) 4-cü və İlyas Xələfov (80 kq) isə 6-cı olub.

Qeyd edək ki, komanda hesabında Misir beşinci dəfə I yeri tutub.