21:30 08-11-2010
news_image
2319
STOLÜSTÜ OYUNLAR

33-cü gedişdən əbədi şah

Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə IV turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan həmyerlimiz Şəhriyar Məmmədyarov Levon Aronyanla (Ermənistan, 2801) üz-üzə gəlib.

Ağ fiqurlarla oynamasına baxmayaraq, şahmatçımız qələbə qazana bilməyib. 33-cü gedişdə həmyerlimizə daimi şah elan edən Aronyan lpvhədən yarım xalla ayrılmağı bacarıb.


IV tur

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2763) - Levon Aronyan (Ermənistan, 2801) - 0,5:0,5
Hikaru Nakamura (ABŞ, 2741) - Vladimir Kramnik (Rusiya, 2791) - 0,5:0,5
Boris Gelfand (İsrail, 2741) - Aleksandr Qrişuk (Rusiya, 2771) - 0,5:0,5
Sergey Karyakin (Rusiya, 2760) – Aleksey Şirov (İspaniya, 2735) - 0,5:0,5
Van Xao (Çin, 2727) - Pavel Elyanov (Ukrayna, 2742) - 0,5:0,5