12:53 08-11-2010
news_image
1036
DÖYÜŞ NÖVLƏRİ

Elnur Məmmədli geriyə gedir

Beynəlxalq Cüdo Federasiyası noyabr ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahıda 81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçularımız istisna olmaqla, digər idmançılarımız ya mövqelərini qoruyub, ya da irəliləyiblər. Belə ki, bu çəkidə qüvvəsini sınayan Elxan Rəcəbli (288 xal) və Elnur Məmmədli (208 xal) 1 pillə geriləyiblər. Onlar müvafiq olaraq, 27-ci və 36-cı pillələrdə qərar tutublar.

Yığmamızın üzvlərindən öz çəkisində ən yaxşı göstəriciyə malik Elxan Məmmədov (90 kq) yenə də 7-cidir. Lakin həmyerlimiz lisenziya xalını artıraraq, 758-ə çatdırıb. 66 kq çəki dərəcəsində Tərlan Kərimov (66 kq) mövqeyini dəyişməyib. O, 310 xalla 17-ci yerdədir. Məmmədov və Kərimovdan fərqli, Elmar Qasımov və Mövlud Mirəliyev (hər ikisi 100 kq) rəqiblərinin geriləməsi səbəbindən irəliləyiblər. Qasımov (238 xal) 30-cu pilləyə yüksəldiyi halda, Mirəliyev yenidən “100-lüy”ə daxil olub. 100-cü yerdə olan Olimpiadanın bürünc mükafatçısının xalı isə dəyişməz qalıb – 24.

Qadınlardan Kifayət Qasımova (57 kq) 31-ci (196 xal), Ramilə Yusubova (63 kq) isə 21-ci (312 xal) yerə kimi irəliləyiblər.