22:12 10-11-2010
news_image
1345
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov Qrişukla heç-heçə oynadı

Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə V turun oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan həmyerlimiz Şəhriyar Məmmədyarov Aleksandr Qrişukla (Rusiya, 2771) qarşılaşıb. Qara fiqurlarla oynayan şahmatçımız 42-ci gedişdə rəqibi ilə heç-heçəyə razılaşıb.

V tur

Levon Aronyan (Ermənistan, 2801) – Sergey Karyakin (Rusiya, 2760) - 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya, 2771) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2763) - 0,5:0,5
Vladimir Kramnik (Rusiya, 2791) - Van Xao (Çin, 2727) - 0,5:0,5
Aleksey Şirov (İspaniya, 2735) - Hikaru Nakamura (ABŞ, 2741) - 0,5:0,5
Pavel Elyanov (Ukrayna, 2742) – Boris Gelfand (İsrail, 2741) - 1:0

Aronyan - 3,5. Karyakin, Məmmədyarov, Qrişuk, Nakamura, Van Xao - 3. Kramnik, 2,5. Gelfand, Elyanov - 1,5. Şirov - 1