15:18 10-11-2010
news_image

Taekvondoçularımız Fransaya yollanır

Noyabrın 25-dən 27-dək Fransa taekvondo üzrə beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları da mübarizə aparacaq.

Kişi taekvondoçularımız turnirdə 5 idmançı ilə təmsil olunacaq. Baş məşqçi Ələkbər İmaməliyev Aydın Samirov (58 kq), Fariz Əliyev, Elvin Məmmədov (hər ikisi 68 kq), Ramin Əzizov və Rəşad Əhmədova (hər ikisi 80 kq) güvənəcək. Qadınlardan ibarət milli komandamızın heyətinə isə bu günlərdə aydınlıq gələcək.