11:01 11-11-2010
news_image
1244
STOLÜSTÜ OYUNLAR

Şahmat tacına iddiaçıların mübarizəsində yeni cütlüklər müəyyənləşdi

2011-ci ilin mayında Kazanda keçiriləcək şahmat tacı uğrunda iddiaçıların görüşündə dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, bu dəyişikliyə qrossmeyster Maqnus Karlsenin yarışdan imtina etməsi səbəb olub.

Norveçli zəka sahibinin geri çəkilməsindən sonra onu rusiyalı Aleksandr Qrişuk əvəzləyib ki, bu da yeni cütlüklərin formalaşması ilə nəticələnib. Belə ki, iddiaçıların yarışlarının ilk mərhələsində Vladimir Kramnik Teymur Rəcəbovla, Vasili Topalov Qata Kamski ilə (yalnız bu cütlük dəyişməz qalıb), Levon Aronyan Aleksandr Qrişukla, Boris Gelfand isə Şəhriyar Məmmədyarovla qarşılaşacaq.

Qeyd edək ki, bu cütlüklərin qalibini isə finalda son şahmat tacının sahibi Vişvanatan Anand gözləyir.