21:09 11-11-2010
news_image
1755
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov olimpiya çempionunu mat qoyub, Aronyana çatdı

Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bu gün VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Moskvada təşkil olunan yarışda həmyerlimiz Şəhriyar Məmmədyarov ukraynalı Pavel Elyanovla qarşılaşıb.

Şahmatçımız olimpiya çempionuna qarşı ağ fiqurlarla oynayıb. Bu üstünlükdən istifadə edən Şəhriyar 49-cu gedişdə rəqibini təslim edib.

VI tur

Aleksey Şirov (İspaniya, 2735) - Levon Aronyan (Ermənistan, 2801) - 0,5:0,5
Sergey Karyakin (Rusiya, 2760) - Aleksandr Qrişuk (Rusiya, 2771) - 0,5:0,5
Hikaru Nakamura (ABŞ, 2741) - Van Xao (Çin, 2727) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2763) - Pavel Elyanov (Ukrayna, 2742) - 1:0
Boris Gelfand (İsrail, 2741) - Vladimir Kramnik (Rusiya, 2791) - 0,5:0,5

Turnir cədvəli: Мəmmədyarov, Aronyan - 4 xal; Van Xao, Qrişuk, Karyakin, Nakamura - –3,5; Kramnik - 3; Gelfand - 2; Elyanov, Şirov - 1,5.