16:04 11-11-2010
news_image

Park 5 həmyerlimizi Fransaya aparır

Taekvondo üzrə Fransada noyabrın 25-də start götürəcək beynəlxalq turnirdə ölkəmizi təmsil edəcək qadın yığmamızın heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, milli komandamızın baş məşqçisi Sun Mi Park açıqladığı siyahıya 5 idmançının adını daxil edib. Koreyalı mütəxəssis yarışda Xəyalə Quliyeva, Türkanə Tahirli (hər ikisi 49 kq), Günay Ağakişiyeva, Səbinə Mikayılova (hər ikisi 57 kq) və Yelena Abbasovaya (67 kq) güvənəcək. Turnir 3 gün davam edəcək.