21:38 12-11-2010
news_image
1590
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov Kramniklə heç-heçə etdi

Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, bu gün keçiriləcək VII turda Şəhriyar Məmmədyarov sabiq dünya çempionu, rusiyalı Vladimir Kramniklə münasibətlərinə aydınlıq gətirəcək.

VII tur

Levon Aronyan (Ermənistan, 2801) - Hikaru Nakamura (ABŞ, 2741) - 0,5:0,5
Vladimir Kramnik (Rusiya, 2791) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2763) - 0,5:0,5
Van Xao (Çin, 2727) - Boris Gelfand (İsrail, 2741) - 1:0
Pavel Elyanov (Ukrayna, 2742) - Sergey Karyakin (Rusiya, 2760) - 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya, 2771) - Aleksey Şirov (İspaniya, 2735) - 0,5:0,5

Qeyd edək ki, 6 turdan sonra Aronyanın vahid liderliyinə son qoyulub. Son görüşdə Elyanova qalib gələn Məmmədyarov erməni şahmatçı ilə xallarını bərabərləşdirib və 4 xalla 1-2-ci yerləri bölüşdürürlər. Onlardan 0,5 xal geri qalan Karyakin, Qrişuk, Nakamura və Van Xao 3-6-cı pillələrə şərikdirlər.

Aktivində 3 xalı olan Kramnik 7-ci, 2 xalı olan Gelfand 8-ci yeri tutur. Son pillələrdə məskən salan Elyanov və Şirov isə 6 görüşdən cəmi 1,5 xal toplayıblar.