18:55 12-11-2010
news_image

8 boksçumuz Karaqandaya yollanır

Noyabrın 17-də Qazaxıstanın Karaqanda şəhərində start götürəcək beynəlxalq turnirdə Azərbaycan boksçuları da mübarizə aparacaq. Apasport.az saytının xəbərinə görə, yarışda Rasim Məmmədovun rəhbərliyi altında “Rabitə” klubunun 8 boksçusu iştirak edəcək. Bunlar Anar Əliyev (56 kq), Salman İbrahimov (56), Elvin İsayev (60), Sadiq Eynullayev (69), Murad Ağamalıyev (75), Kamran Mehdiyev (81), Vətən Hüseynli (81) və Fərid Paşayevdir (+91). Noyabrın 21-dək davam edəcək yarışda məşqçilər korpusu əsasən gənc idmançılara şans verəcək.