20:01 13-11-2010
news_image
1857
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov vahid lider oldu - YENİLƏNİB

Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən VIII turda Şəhriyar Məmmədyarov Çin təmsilçisi Van Xaonu sınağa çəkib. Eyni xala sahib olan hər iki qrossmeysterin duelində qələbə qazanan həmyerlimiz turnirin vahid liderinə çevrilib. Onun 1-ci yerə yüksəlməsində Aronyanın xal itirməsi də mühüm rol oynayıb.

VIII tur

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2763) – Van Xao (Çin, 2727) - 1:0
Levon Aronyan (Ermənistan, 2801) – Aleksandr Qrişuk (Rusiya, 2771) - 0,5:0,5
Sergey Karyakin (Rusiya, 2760) - Vladimir Kramnik (Rusiya, 2791) - 1:0
Hikaru Nakamura (ABŞ, 2741) - Boris Gelfand (İsrail, 2741) - 0,5:0,5
Aleksey Şirov (İspaniya, 2735) - Pavel Elyanov (Ukrayna, 2742) - 1:0

Turnir cədvəli: 1.Məmmədyarov – 5,5; 2-3.Aronyan, Karyakin - 5; 4-6.Qrişuk, Xao, Nakamura – 4,5; 7.Kramnik – 3,5; 8.Şirov – 3; 9.Gelfand - 2,5; 10.Elyanov - 2.