10:49 15-11-2010
news_image
1477
STOLÜSTÜ OYUNLAR

Məmmədyarovdan gözlənilməz sonluq

Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, sona 1 tur qalmış lider olan Şəhriyar Məmmədyarov uğurun davamını gətirə bilməyib.

O, IX turda yarışın autsayderlərindən olan Boris Gelfanda gözlənilmədən uduzub. Qara fiqurlarla oynayan həmyerlimiz 34-cü gedişdə ağ bayraq qaldırıb. Təmsilçimizin əsas rəqiblərindən Aronyan və Karyakinin son görüşü heç-heçə ilə başa vurması isə Məmmədyarovun sonda 1-3-cü yeri bölüşməsi nəticələnib.

IX tur

Boris Gelfand (İsrail, 2741) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2763) – 1:0
Vladimir Kramnik (Rusiya, 2791) - Aleksey Şirov (İspaniya, 2735) – 1:0
Van Xao (Çin, 2727) - Sergey Karyakin (Rusiya, 2760) – 0,5:0,5
Pavel Elyanov (Ukrayna, 2742) - Levon Aronyan (Ermənistan, 2801) - 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya, 2771) - Hikaru Nakamura (ABŞ, 2741) - 0,5:0,5

Turnir cədvəli: 1-3. Aronyan, Karyakin, Məmmədyarov – 5,5 xal; 4-6. Xao, Qrişuk, Nakamura – 5; 7. Kramnik – 4,5; 8. Gelfand – 3,5; 9. Şirov – 3; 10. Elyanov – 2,5.