08:26 17-11-2010
news_image
1806
DİGƏR NÖVLƏR

Qol.az 2 yaşında

Bu gün qol.az saytının fəaliyyətə başlamasından 2 il ötür. Düz 2 il əvvəl 2008-ci il, noyabrın 17-də fəaliyyətə başlayan sayt qısa bir zamanda Azərbaycanın idman mətbuatında, futbol dairələrində tanınmağa başlayıb.

Yalnız futbolla bağlı yazılar hazırlayan və xəbərlər yayımlayan qol.az bu iki il ərzində Azərbaycanın ən reytinqli idman saytlarından birinə çevrilib. 2009-cu ilin yekunlarına görə isə, qol.az “Netty” mükafatının “İlin ən yaxşı idman saytı” nominasiyasında birinci yeri tutub.

Apasport.az saytı həmkarlarımızı təbrik edir, onlara işlərində yeni-yeni uğurlar arzulayır.