13:11 18-11-2010
news_image

Əli İsmayılovun döyüşünün vaxtı dəqiqləşdi

Peşəkar boksçumuz Əli İsmayılovun növbəti döyüşünün yeri və vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sentyabrda Asiya Peşəkar Boks Assosiasiyasının (PABA) kəmərini qazanan həmyerlimiz kubalı Xuan Ernandeslə Almaniyada qarşılaşacaq. Dekabrın 18-də baş tutacaq görüşdə İsmayılov PABA kəmərinin müdafiəsinə çalışacaq.