10:19 23-11-2010
news_image
1449
DİGƏR NÖVLƏR

Millimizin üzvü İtaliya klubunun heyətində fərqləndi - FOTO

Pesaro şəhərində İtaliyanın bədii gimnastika üzrə klub çempionatının III turu keçirilib. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan idmançılarından Aliyə Qarayeva və Anna Qurbanova da çıxış ediblər.

A2 seriyasında mübarizə aparan “Ritmika Pyemonte” komandasının şərəfini qoruyan Aliyə iplə hərəkətlərdə 26,275 bal toplayaraq, bu seriyaya qatılan gimnastlar arasında ən yaxşı nəticəyə imza atıb. Onun komandası isə yekunda yenə də üçüncü yeri tutub. Bununla, “Ritmika Pyemonte”nin dekabrın 4-də Turində baş tutacaq finaldan öncə A1 seriyasına vəsiqə qazanmaq şansını saxlayıb.

Apennin yarımadasında A1 seriyasında “Komense 1872” klubunda qüvvəsini sınayan Qurbanova isə hesabat turunda ip (25,5 bal) və topla (25,6 bal) hərəkətləri icra edib. Onun çıxışından sonra komandası 143,5 balla 6-cı yerdə qərarlaşıb.