14:47 24-11-2010
news_image
1351
STOLÜSTÜ OYUNLAR

İddiaçıların görüşünün vaxtı bilindi

Şahmat tacı uğrunda iddiaçıların görüşünün vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, FİDE yarışın 2011-ci ilin mayının 3-dən 27-dək olacağını açıqlayıb.

Az öncə FİDE prezidenti Kirsan İlyumjinova məktub göndərərək, yarışdan imtina edən norveçli Maqnus Karlsenin adı hələ iştirakçılar arasından çıxarılmayıb. Federasiya Vladimir Kramnik (Rusiya), Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov (hər ikisi Azərbaycan), Vasili Topalov (Bolqarıstan) Qata Kamski (ABŞ), Levon Aronyan (Ermənistan), Maqnus Karlsen (Norveç) və Boris Gelfanda lazımı sənədlərə imza ataraq dekabrın 22-dək katibliyə təqdim etmələrini tövsiyə edib. Bundan əlavə, FİDE bu tarixə kimi iddiaçıların görüşündə iştirakdan boyun qaçıracaq qrossmeysterlərin Aleksandr Qrişuk, Dmitri Yakovenko (hər ikisi Rusiya) və ya Van Yue (Çin) ilə əvəzlənəcəyini bildirib.

Qeyd edək ki, iddiaçıların qalibi son dünya çempionu hindistanlı Vişvanatan Anandla qarşılaşacaq.