12:03 26-11-2010
news_image
1311
DİGƏR NÖVLƏR

80 yaşlı idman funksioneri sevgilisinin gözü qabağında döyüldü

“Formula-1”in promouteri Berni Ekklstoun hücuma məruz qalıb. Apasport.az saytının məlumatına görə, 80 yaşlı funksioner Londondakı evinə qayıdarkən xoşagəlməz hadisə ilə üzləşib.

Ekklstoun öz sevgilisi Fabiana ilə qarətçilərin mühasirəsinə düşüb. Onlar dünya idmanının ən zəngin adamlarından birini yumruqlamağa başlayıblar. Cütlükdən üstlərindəki bütün qiymətli əşyaları, o cümlədən brilyant üzükləri və saatları çıxarmağı tələb edən cinayətkarlar ümumilikdə 200 min funt sterlinq dəyərində olan mallara yiyələniblər.

Hadisədən dərhal məlumatlandırılan polis qarətçiləri tapa bilməyib. Ekklstoun isə xəstəxanaya çatdırılıb. Qocanın gənc sevgilisi isə gördüklərindən şoka düşüb.