16:25 29-11-2010
news_image
1145
DİGƏR NÖVLƏR

Qurbanova beynəlxalq turnirin qalibi oldu

Azərbaycan gimnastı Anna Qurbanova Xorvatiyada keçirilən beynəlxalq turnirin qalibi olub. Gimnastika Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yığmamızın üzvü şəxsi çoxnövçülükdə bütün rəqiblərini üstələyib və birinci yeri tutub.

Milli komandamızın digər gimnastlarından Aliyə Qarayeva dekabrın 4-də Turində İtaliya klub çempionatının son turunda çıxış edəcək. Samirə Mustafayeva isə elə bu tarixdə Sloveniyaya beynəlxalq turnirə yola düşəcək.