Boks üzrə növbəti Azərbaycan çempionatının keçirilmə vaxtı dəqiqləşib. Yığmanın məşqçisi Nəriman Abdullayevin apasport.az saytına verdiyi məlumata görə, yarışa dekabrın 23-də start veriləcək. 5 gün davam edəcək çempionatda 180-dək boksçu qalib adı uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, birinciliyə Azərbaycanı WSB liqasında təmsil edən “Baku Fires”in üzvləri də qatılacaqlar.

11:12