11:35 02-12-2010
news_image

Yığmamızın üzvləri “Qalatasaray”a qələbə qazandırdılar

Azərbaycan cüdoçuları Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) “Qalatasaray”ın heyətində növbəti görüşlərini keçiriblər. Apasport.az saytının məlumatına görə, həmvətənlərimizin Türkiyənin klublararası çempionatının III mərhələsində çıxışı uğurlu olub.

Belə ki, 4 görüşə çıxan Qasımova bütün rəqiblərini məğlub etməyi bacarıb. Onun uğurunu Yusubova da təkrarlayıb. Dünya çempionatının bürünc mükafatçısı tatamiyə çıxdığı 3 döyüşün hamısını qələbə ilə başa vurub.

12 komandanın mübarizə apardığı yarışda 3 turdan sonra turnir cədvəlinə 48 xalla “Kocaeli Böyükşəhər Bələdiyyəsi” başçılıq edir. “Baxçelievlər Bələdiyyəspor”, “İstanbul Böyükşəhər Bələdiyyəspor” və “Qalatasaray” isə 42 xalla 2-4-cü yerləri bölüşürlər. İlk “üçlük”də qərarlaşacaq klublar Avropa çempionatında iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edək ki, milli komandamızın üzvləri lisenziya xarakterli yarışda iştirak edəcəklərindən IV turda “Qalatasaray”a kömək edə bilməyəcəklər.