12:03 04-12-2010
news_image

Milli komandamız “Gündoğar ölkə”yə gedir

Dekabrın 11-13-də Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə “Böyük Dəbilqə” yarışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xarakteri daşıyan turnirdə Azərbaycan yığması tam heyətlə təmsil olunmayacaq.

150 min dollar mükafat fondu olan “Böyük Dəbilqə”də ölkəmizi Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) təmsil edəcəklər.

Qeyd edək ki, dekabrın 7-də səfərə yollanacaq milli komandamız yarışdan öncə “Gündoğar ölkə”də təlim-məşq toplanışı keçəcək.